pul qazan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
pul qazan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2 Haziran 2018 Cumartesi

Pula qənaət etmək üçün 7 yol


200 manat




Qənaət edərək yaşamaq hər şeydən imtina etmək demək deyil. Əslində qənaət etmək dedikdə düzgün şəkildə pul xərcləmək nəzərdə tutulur.
1.İlk öncə pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin: Mən pulu nəyə xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldığınız pulların hesabını yoxlayın. Utanmayın, zəng eləyib araşdırın ki, niyə sizin telefon abunə haqqını, ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsiniz. Xərcləriniz artmamasına diqqət yetirin.
2.Mağazaya getməzdən əvvəl alacağınız ərzaqların siyahısını tərtib edin. Aldığınız ərzaqları kredit kartı ilə yox, pulla odəyin. Ödədiyiniz pulların isə çeklərini saxlayın. Bu, sizə keyfiyyətsiz malların geri qaytarılmasına kömək edər.
3.Çalışın ən iri mağazalardan alış-veriş edəsiniz, çünki mağaza alınan malın reklamına pul sərf etmir və ona görə də bu mallar ucuz olur. Bu mallar gözəl görünməsələr də yüksək keyfiyyətə malikdirlər.
4.Psixoloqların fikrincə, insan ac olduqda düşünülməmiş addım atır. Ona görə də mağazaya getməzdən əvvəl yemək yeməyə çalışın.
5.Tələyə düşməyin. Hər zaman öz istəklərinizi nəzərə alın və mağazaya gedərkən nə alacağınızı mütləq öncədən qərarlaşdırın.
6.İş yerinizdə nahar yeməyinə sərf etdiyiniz xərcləri hesablayın. Bu zaman həmin yeməyin həm cibiniz, həm də sağlamlığınız üçün ziyanlı olduğunu görəcəksiniz. Özünüzlə işə yemək aparın ki, həm pulunuza qənaet etmiş olasınız, həm də sağlamlığınızı qoruyasınız.
7.Mutəxəssislərin bildirdiyinə görə, qızdırıcı əşyalar çoxlu enerji aparır. Bu səbəbdən də onlardan qənaətlə istifadə etməyə çalışın
Devamını Oku

28 Mayıs 2018 Pazartesi

Niyə pul qazana bilmirik?






Videonun sahibi;https://goo.gl/GQevGt
Devamını Oku

9 Mayıs 2018 Çarşamba

İnternetdən pul qazanmaq üçün 7 yol






 Milyonlarla insanın günlük gəlirlərini internetdən qazandığını eşitmisən. Bunu səndə edə bilərsən, lakin sıfırdan başlamaq üçün mütləq və mütləq köməyin olmadan, bu biznesi uğurlu bir şəkildə apara bilməyəcəksən. Xüsusiylə də internetdən pul qazanmaq kategoriyasında Azərbaycanda çox da önəmli saytların olmadığını bilərək. Bəs Azərbaycanda internetdən pul qazanmaq olar mı? OLAR! 

Ölkəmizdə internetdən pul qazanmaq o qədər də populyar deyil. Bunun səbəblərini açıqlamaq lazım olarsa aşağıdakı maddələri düşünək.

1) Azərbaycanda online pul qazanan insanların çox az olması

2) Bu işi bilən insanların digərlərinə kömək etməməsi

3) Azərbaycan bazarında Şəbəkə şirkətlərinin bu sahəyə vurduğu ziyan (baxış tərzi)

4) Ölkəmizdə tanınan online qazanc sistemlərin yararsız sistemlər olması

5) Sosial Mediadan düzgün istifadə olunmaması

6) Marketing sahəsinin araşdırılmaması

7) İnamsızlıq

8) İnsanımızın düşüncə tərzinin bu sahəyə uyğun olmaması


Online pul qazanmaq kategoriyasına həvəsi olan insanlar və ya bu işlə istər professional şəkildə, istərsə də adı şəkildə məşqul olan insanlar mənimlə razı olduqlarını bilirəm. Bu maddələri biraz daha açıqlayım.

1) Azərbaycanda online pul qazanan insanların çox az olması – Araşdırmalar zamanı ortaya çıxan nəticə heç də ürək açan deyil. Ölkədə insanlar online qazanc haqqında demək olar ki sıfır dərəcəsindədirlər. Bu insanlar xarici sistemlərdən istifadə edərək qazandıqları 3-5 qəpik ilə internetdən pul qazandıqlarını hesab edirlər. Halbuki, dünyada internetdən günlük 5000$ qazananlar mövcuddur.

2) Bu işi bilən insanların digərlərinə kömək etməməsi – Yuxarıdakı maddədə qazananların sayının az olduğunu qeyd elədim. Bəs bu qazanan insanların arasında 1 nəfər belə olsa, internetdən ciddi qazanclar əldə etmir mi? Əlbəttəki qazananlar var. Lakin, bu insanların müəyyən səbəblər üzündən digərlərinə kömək etməməsi, vəziyyəti daha da acınacaqlı hala gətirir. Bir növ paxıllıq hissi olan bu insanlar “digərləri də qazanarsa mən az qazanaram” deyə düşünürlər. XƏTA! YALNIŞ! SƏHV DÜŞÜNCƏ! Əslində, digərlərinə də öyrədərək daha da çox qazana biləcəklərindən xəbərləri belə yoxdur. Ölkə bazarı genişlənərsə, bu bazardan daha çox qazanılacağı aydındır. Bu sözdə “qazanan” insanlar isə ancaq öz gəlirlərini düşürlər.

3) Azərbaycan bazarında Şəbəkə şirkətlərinin bu sahəyə vurduğu ziyan (baxış tərzi) — Şəbəkə sistemləri Azərbaycanda çox geniş yayılmışdır. Network Marketing adlanan bu sahədə insanların çox bir hissəsi demək olar ki qazanmırlar. Səbəb? Yenə dediyim 2-ci maddə. Hər kəsin öz gəlirini düşünməsidir. Yəqin, hansısa bir şəbəkə sistemi haqqında eşitmisən. Burada işləyən insanların əslində şəbəkədən heç anlayışı da yoxdur. Sadəcə, başqalarını zorla, məcburən bu işə dəvət edərək onların qoyduğu sərmayədən qazanc götürməkdən başqa heçnə bilmirlər. Bir insan işini sevməlidir, zorla iş olmaz! Şəbəkə marketingi azad marketingdir. Bir insanın öz evindən belə edəcəyi bir işdir. Ofisə ehtiyyac belə yoxdur. Kategoriyasından da məlum olur ki, .Şəbəkə Marketingi – Home Business (ev biznesi)dir .Lakin, bizdə? “Yox, sən bu gün ofisə gəlməlisən”, “Sən adam çağırmalısan, qeydiyyat etməlisən”. Bu insanlara sadəcə yazığım gəlir. Bu gördükləri iş bazardır. İnsanları zor gücünə işə dəvət edərək, onlardan qazanc əldə edərək, digər insanların bu işə olan baxış tərzini birdəfəlik mənfiyə yönləndirdiklərini bilirlər mi bunlar? Yox! Bildikləri tək şey, “adam çağır”, “ofisə gəl”. Başqa insanları mənfilədiklərini bir yana qoyaq, hələ öz işcilərini artıq bezdirirlər. Bu da bu insanların işdən soyumalarına və heç bir qazanc əldə edə bilməmələrinə gətirib çıxardır. Qazanc əldə etmək bir yana qoyduqları pulu belə çıxarda bilmirlər. Bu səbəb, üzündən də Online Qazanc bölməsinə həvəs azalır. Düzdür, online qazanc bölməsi Şəbəkə Marketingindən ibarət deyil əlbəttəki, çox gözəl və ev şəraitində görüləcək işlər var. Bu işlərlə saytımda tanış olacaqsınız sonrakı yazılarımda.

4) Ölkəmizdə tanınan online qazanc sistemlərin yararsız sistemlər olması – Tanınan sistemlərin siyahısına baxan zaman, insanlar fəxrlə forumlarda, saytlarda reklam edirlər. “Baxın, mənim aylıq qazancım 7$”, “Bu sistemlə aylıq 10$ qazanmışam ” kimi yazılarla qarşılaşırıq. Düzdür bu sistemlərlə qazanırlar. Amma gördüyünüz kimi aylıq 7$ -8$. Bu yazıları oxuyan insanlar da, elə bilirlər ki internetdən qazanc ancaq budur. Əlbəttə ki, belə də biləcəklər. Çünkü, göz önünə çıxarılan məbləğlər bunlardır. Mən bu forumlarda, bu yazıların altında şərh olaraq yazsam ki, “Aylıq 1500$ – dan çox qazanıram ” güləcəklər mənə. Yalan olduğunu sanacaqlar, çünkü onların beyninə artıq bu girib. İnternetdən qazanc aylıq 7$ -8$ kimi məbləğlərdir. Bu insanları öyrətmək və internetdən pul qazanmaq dünyasının əslində bir insanı ömürlük milyoner edə biləcək qədər böyük olduğunu başa salmaq lazımdır.

5) Sosial Mediadan düzgün istifadə olunmaması – Sosial Media deyilən zaman Facebook, Twitter, DeliCoUs və.s kimi sosial şəbəkələr nəzərdə tutulur. Bu şəbəkələrdən çox az sayda Azərbaycanlı qazanc məqsədi ilə istifadə edir. Hətta, bu sistemlərin “Qızla tanış olmaq” sistemləri olduğunu düşünənlər və bu məqsədlə istifadə edənlər də var =). Facebook isə əslində çox böyük bir online bazardır.İnternetdən pul qazanmaq üçün ideal platformlardan biridir. Sadə bir misal olaraq deyim. Qıraqda sağ tərəfdə şirkətlərin reklamlarını görmüsən yəqin. Əlbəttə, çox ağıllı bir strategiyadır. Bu qədər istifadəçisi olan bir sayta reklam vermək. Bu şirkətlərin bu bazardan istifadə etdiyini artıq bildin yəqin.

6) İnamsızlıq – İnternetdən pul qazanmaq olur deyən zaman 5 insandan 3-ü buna inanmır. İnanmamaqları bir yana, hələ bu işə çox cüzi inanan insaları da mənfiləyərək onu da ruhdan salırlar. Ən çox əsəbləşdiyim xüsusiyyət də budur. Özü test etmədiyi və sübut etmədiyi bir işi digərinə “yox boş şeydir” olaraq özündən əmin şəkildə deməsi. Bax, bu məni yandırar. Buna görə də bu saytda elə insanlara sübut edəcəm hərşeyi.

7) İnsanımızın düşüncə tərzinin bu sahəyə uyğun olmaması – Ən aktual maddə. Bizim insanlarımızın düşüncəsinə əlbəttə heç bir söz demərəm. Bu maddə də söhbət insanımızn “Online Pul Qazanmaq” mövzusunda düşüncəsindən gedir. Misal olaraq sənə isbat edim.

Valideyinlərin sənə hər zaman “Məktəbdə yaxşı oxu, dərslərini yaxşı hazırla,universitetə daxil ol, ixtisasını yaxşı öyrə və get İŞLƏ” deyiblər. Buna 100% əminəm. Çünkü bu hər zaman və hər evdə belədir.


Bəs sənin valideyinlərin sənə, nə zamansa “öz işinin sahibi ol” deyiblər mi? Deyənlər olub düzdür, bu da Ticarət nəzərdə tutaraq deyənlərdir. Heç kim “internetdən pul qazana bilərsən gələcəkdə, internetdən varlı olacaqsan” demədi sənə və ya hansısa bir uşağın yaxud da yeniyetmənin “İnternetdən Pul Qazanmaqla məşqulam, İŞİM budur” dediyini görmüsən mi?

Yəqin ki yox.

Ümid varam ki, 7 ci maddə bu misallarla sənə aydın oldu.
Devamını Oku

15 Nisan 2018 Pazar

facebookdan pul qazanmaq


Facebook-dan necə pul qazanmaq olar?
Facebook böyük bir biznesdir. Anlayışı olan yaxşı pul qazana bilər. Facebook-la Azərbaycanda pul qazanmağın ən əsas yolu, əhatə dairəndə sosial şəbəkə haqqında az da olsa məlumatlı olan, Facebook-un nəbzini tutan insanlarla işbirliyi qurmaqdır. Belə olduqda yaxşı gəlir əldə etmək olar. Bunun üçün ən azı Facebookda dost-tanışın, əhatə dairən çox geniş olmalıdır. Digər bir tərəfdən isə admini olduğun səhifənin hansı sferada olması mütləqdir. Azərbaycanda ciddi səhifə admini olmaq çox çətindir. Çünki internet istifadəçiləri beyinlərini ciddi şeylərlə yormaq istəmirlər. 
Biz Facebookdan daha çox məlumat və əlaqə kimi istifadə edirik. Hardan ağlınıza gəldi belə bir ideya?
Bilirsinizmi, Azərbaycanda facebook istifadəçiləri sosial şəbəkədə qeyri-ciddi səhifələrə və
paylaşımlara daha çox diqqət göstərirlər, amma ciddi müzakirələr sanki ruhlar məkanını xatırladır. Məhz buna görə də, sualı başqa cür vermək daha yaxşı olar. Çox az adam var ki, Facebook-a məhz məlumat əldə etməyə görə daxil olur. Bu ideya mənim lap çoxdan ağlıma gəlib. Əgər qazanmaq istəyirsənsə, xərcləməlisən. İndiyədək adminlik etdiyim səhifələr çox olub. Bu açıq reallıqdır ki, səhifənin reytinqini qaldırmaq üçün bir az “əlin cibində olmalıdır”. Bunun əsas səbəbi də böyük səhifə adminlərinin biznes gəlirlərini məhz reklam işlərindən götürməsidir. Öncə bunun bir az çətin olduğunu gördüm, amma 1-2 dəfə bu tip reklam etdikdən sonra öyrəşdim və mən də bu reklam biznesinə başladım.
Qazanmaq asandırmı?
Deməzdim asandır, sadəcə olaraq çox vaxt aparır. Gərək bütün işlərini atasan, ancaq bu işlə məşğul olasan. Bu isə həddindən çox vaxt tələb edir. Amma işlərini və gəlirlərini yalnız reklam işlərinə bağlayan adminlər üçün bu heç də çətin deyil. Məsələn, özümü götürüm. Mən həm oxuyuram, həm işləyirəm, həm səhifələrimdə adminlik edirəm, həm də reklamla məşğul oluram. Bu çox çətindir, amma adət edən üçün çox da çətin deyil.
Hər kəs Facebook-dan bu məqsədlə istifadə edə bilərmi, yoxsa, bu xüsusi bacarıq tələb edir?
Yox, əslində bunu hər kəs edə bilməz. Kommersiyadan bir növ başın çıxmalıdır. Bu, mənim ixtisasım olduğu üçün çox da çətinliyim yoxdur. Amma indiki bir qisim “adminçik”lər (mən onlara ancaq belə ad verərdim), başları çıxdı–çıxmadı, ödənişli reklamla məşğul olurlar. Demirəm ki, çox dərin bir işdir. Xeyr, amma hər adminin də bacaracağı iş deyil..
Həmin insanlarla rəqabət aparırsınızmı?
Ən böyük səhifə adminləri ilə yalnız sağlam rəqabət aparıram. Bir məsəl var: “əl-əli yuyar, əl də üzü”… Hər bir işin arxasında rəqabət mütləq olmalıdır. Əslində bu normaldır, təki bu başqa prizmaya yönəlməsin. Başqa sözlə desək,  işbirliyi başqa müstəvidə olmasın. Yalnız bu cür perspektivli layihələrlə rəqabət olsun… Amma məni qane etməyən bəzi nüanslar var. Bu da reklam və pul xətrinə özlərini gülünc və biabırçı vəziyyətə salan adminlərdir. Məsələn, “Mamed” in hər hansı bir səhifəsi özünə reklam başlığı qurub: “Erməni əclaflar səhifəmizi şikayət edir, qoymayın, like edin” … Adama qayıdıb deyərlər ki, erməninin nəyinə lazımdır “Mamed”in səhifəsini şikayət etmək?… Bu və bu kimi Facebook reklamları adminlərin “bazarını öldürür”… Ümidvaram ki, bu kimi problemlər də həll olunar.
Devamını Oku