20 Nisan 2018 Cuma

İQ nədir və necə hesablayırlar?

                         
 (ingiliscə intelligence quotient -IQ "ay-kyü") demək olar ki, hamı tərərfindən başa düşülür.İQ sözünün mənası intelektual əmsalı deməkdir. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun qiymətləndirilməsi üçün tətbiq edilir.
Günümüzdə İQ
Çoxsaylı araşdırmaların nəticələri əcnəbi mütəxəssislərin aşağıdakı ümumi ortaq nəticələrə gəlmələrinə imkan verib:50% insan 90-110 arası IQ-ə sahibdir;
25% insanın IQ dərəcəsi 110-dan çox, digər 25% insanın isə dərəcəsi 90-dan azdır.
IQ = 100 — daha çox rast gəlinən nəticələr;14,5% insanda IQ = 110–120;7% — 120–130;3% — 130–140;0,5 —140-dan yuxarı.70-dən aşağı IQ dərəcəsi əqli geriliyin sübutudur.
  •  təyin olunan qiymət (alınan xalların sayı)
  •  verilmiş yaş qrupu üçün orta hədd
  •  təsadüfi qiymətlərin dispersiyası



İntellektin araşdırılmasının əvvəlində Villyam Ştern və Alfred Binet intellektin yaşına əsaslanan üsulldan istifadə edirlər. Bu anlayış aparılmış testin nəticələrini verilmiş yaş həddinə uyğun olan orta test nəticəsinə nisbətini təsvir edirdi:
IQ = (İntellekt yaşı/Həqiqi yaş)× 100
Məsələn, anadan olandan 20 yaş olan şəxsin əqli 22 yaşa uyğun gələrsə, onda onun üçün İQ = 22 / 20 × 100 = 110.
Bu ölçü qiymətlərini müqayisə etmək üçün İQ normal səpələnmə üzrə normalaşdırılır. David Veksler İQ qiymətinin təsadüfi meyillənmə dispersiyası orta qiymətdən (100) yuxarı və aşağı istiqamətdə 15 xal meyillənməsini təsvir edən şkala tətbiq edir. Bir çox intellekt araşdırmalarında qiymətlərin təsadüfi meyillənməsi 15 xal həddində (məsələn, Hamburq-Veksler testi) götürülsə də, başqaları bu qiyməti 10 xal həddində qəbul edib (məsələn, Rudolf Amthauerə görə İ-S-T intellekt-struktur testi).
Vekslerə görə IQ belə hesablanır:
burada
İQ testləri üçün dövlətlərdən asılı olaraq müxtəlif şkalalar tətbiq edilir. İngilis dilli dövlətlərdə tətbiq olunan testlərdə təsadüfi kəmiyyətlərin dispersiyası 16-24 xal arasında dəyişir. Ümumilikdə isə demək olar ki, orta qiymətdən meyillənmə üçün 15 xal geniş tətbiq edilir.
Disqus Yorumları Yükle

0 yorum