15 Nisan 2018 Pazar

facebookdan pul qazanmaq


Facebook-dan necə pul qazanmaq olar?
Facebook böyük bir biznesdir. Anlayışı olan yaxşı pul qazana bilər. Facebook-la Azərbaycanda pul qazanmağın ən əsas yolu, əhatə dairəndə sosial şəbəkə haqqında az da olsa məlumatlı olan, Facebook-un nəbzini tutan insanlarla işbirliyi qurmaqdır. Belə olduqda yaxşı gəlir əldə etmək olar. Bunun üçün ən azı Facebookda dost-tanışın, əhatə dairən çox geniş olmalıdır. Digər bir tərəfdən isə admini olduğun səhifənin hansı sferada olması mütləqdir. Azərbaycanda ciddi səhifə admini olmaq çox çətindir. Çünki internet istifadəçiləri beyinlərini ciddi şeylərlə yormaq istəmirlər. 
Biz Facebookdan daha çox məlumat və əlaqə kimi istifadə edirik. Hardan ağlınıza gəldi belə bir ideya?
Bilirsinizmi, Azərbaycanda facebook istifadəçiləri sosial şəbəkədə qeyri-ciddi səhifələrə və
paylaşımlara daha çox diqqət göstərirlər, amma ciddi müzakirələr sanki ruhlar məkanını xatırladır. Məhz buna görə də, sualı başqa cür vermək daha yaxşı olar. Çox az adam var ki, Facebook-a məhz məlumat əldə etməyə görə daxil olur. Bu ideya mənim lap çoxdan ağlıma gəlib. Əgər qazanmaq istəyirsənsə, xərcləməlisən. İndiyədək adminlik etdiyim səhifələr çox olub. Bu açıq reallıqdır ki, səhifənin reytinqini qaldırmaq üçün bir az “əlin cibində olmalıdır”. Bunun əsas səbəbi də böyük səhifə adminlərinin biznes gəlirlərini məhz reklam işlərindən götürməsidir. Öncə bunun bir az çətin olduğunu gördüm, amma 1-2 dəfə bu tip reklam etdikdən sonra öyrəşdim və mən də bu reklam biznesinə başladım.
Qazanmaq asandırmı?
Deməzdim asandır, sadəcə olaraq çox vaxt aparır. Gərək bütün işlərini atasan, ancaq bu işlə məşğul olasan. Bu isə həddindən çox vaxt tələb edir. Amma işlərini və gəlirlərini yalnız reklam işlərinə bağlayan adminlər üçün bu heç də çətin deyil. Məsələn, özümü götürüm. Mən həm oxuyuram, həm işləyirəm, həm səhifələrimdə adminlik edirəm, həm də reklamla məşğul oluram. Bu çox çətindir, amma adət edən üçün çox da çətin deyil.
Hər kəs Facebook-dan bu məqsədlə istifadə edə bilərmi, yoxsa, bu xüsusi bacarıq tələb edir?
Yox, əslində bunu hər kəs edə bilməz. Kommersiyadan bir növ başın çıxmalıdır. Bu, mənim ixtisasım olduğu üçün çox da çətinliyim yoxdur. Amma indiki bir qisim “adminçik”lər (mən onlara ancaq belə ad verərdim), başları çıxdı–çıxmadı, ödənişli reklamla məşğul olurlar. Demirəm ki, çox dərin bir işdir. Xeyr, amma hər adminin də bacaracağı iş deyil..
Həmin insanlarla rəqabət aparırsınızmı?
Ən böyük səhifə adminləri ilə yalnız sağlam rəqabət aparıram. Bir məsəl var: “əl-əli yuyar, əl də üzü”… Hər bir işin arxasında rəqabət mütləq olmalıdır. Əslində bu normaldır, təki bu başqa prizmaya yönəlməsin. Başqa sözlə desək,  işbirliyi başqa müstəvidə olmasın. Yalnız bu cür perspektivli layihələrlə rəqabət olsun… Amma məni qane etməyən bəzi nüanslar var. Bu da reklam və pul xətrinə özlərini gülünc və biabırçı vəziyyətə salan adminlərdir. Məsələn, “Mamed” in hər hansı bir səhifəsi özünə reklam başlığı qurub: “Erməni əclaflar səhifəmizi şikayət edir, qoymayın, like edin” … Adama qayıdıb deyərlər ki, erməninin nəyinə lazımdır “Mamed”in səhifəsini şikayət etmək?… Bu və bu kimi Facebook reklamları adminlərin “bazarını öldürür”… Ümidvaram ki, bu kimi problemlər də həll olunar.
Disqus Yorumları Yükle

0 yorum